Əməkdar artist: “Mənim şəklimi verib ŞOK BAŞLIQLA yayımlamaqları xətrimə dəydi" - VİDEO
11-01-2023, 21:33

“Xərçəngə tutulanda Allaha dua etdim ki, oğlumu məndən əvvəl alsın. Məndən sonra o məhv olar”.

AZİNFORM.AZ xəbər verir ki, bunu Baku TV-nin “O kimdir?” verilişində Əməkdar artist, aktrisa Kübra Əliyeva xərçənglə mübarizəsindən danışarkən deyib.

O, vəfat edən oğlu haqqında yayılan xəbərlərdən incidiyini qeyd edib:

“Televiziyada mənim şəklimi verib şok başlıqla yayımlamaqları xətrimə dəydi. Dedim ki, niyə məni biabır edirsiniz? Mən əməyimlə, zülmümlə bu yerə gəlmişəm”.

Əməkdar artist oğlundan heç vaxt utanmadığını da vurğulayıb.

Daha ətraflı süjetdə:





up