Bakıda bayram konsertləri keçiriləcək
31-12-2022, 11:03

Bu gün Bakı şəhərində bayram konsertləri keçiriləcək.

Bu barədə AZİNFORM.AZ-a Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, dekabrın 31-i saat 15:00-dan 16:00-a kimi Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyat İdarəsinin təşkilatçılığı ilə şəhərin mərkəzində üç yerdə (1 - Natəvanın heykəlinin qarşısı, 2 - Xaqani bağı və 3 - Fəvvarələr bağı) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şəhər sakinləri və qonaqlar üçün konsert proqramları təşkil ediləcək.

Konsertdə muğam triosu, skripka triosu və cazmenlər maraqlı proqramlarını təqdim edəcəklər.








up