Azərbaycanın dəyərli, əməkdar mədəniyyət işçisi, rejissor Vidadi Həsənov "Açıq Söhbət"in qonağı oldu.
AZİNFORM.AZ xəbər verir ki, Zamirəylə olan açıq söhbətində Vidadi müəllim dəyərli, düşündürücü, fikirləri ilə verilən bütün suallara cavab tapdı...
Xalq artisti ölümü düşünməyən insanların qəddar olduğunu bildirib:
"Müəyyən bir yaş dövrü olur ki, insanlar ölüm haqda düşünmürlər. Amma elə vaxt gəlir ki, o barədə hər gün, hər saat, hər saniyə düşünürsən və bir də görürsən ki, qapı döyüldü. Ölümü düşünmədən yaşayanda insanlar elə bilirlər ki, ölməzdirlər. Ölməzlik sindromu olanda, insanlar çox azğın və qəddar olur. Elə bilirlər ki, hər şey onlar üçün yaranıb. Amma bilsələr ki, müəyyən mənada dünya fanidir...".