Əməkdar artist infarkt keçirdi
23-12-2022, 16:12

Əməkdar artist Vahid Əliyev infarkt keçirib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə onun həyat yoldaşı Tamilla Əliyeva “Elgizlə izlə” verilişində danışıb.

“Hazırda xəstəxanadadır. Ürəyindəki 3 damar tutulub. Müalicə olunmalıdır ki, əməliyyat edilsin. Gözləyirik”, - o deyib.

Qeyd edək ki, V. Əliyevin 70 yaşı var.





up