"Zeynəb xanım heç yerə köçməyib, Bakıdadır" - Mehriban Xanlarova
18-12-2022, 20:04

"İctimai" televiziyanın "Telegram" kanalı Xalq artisti Zeynəb Xanlarovanın Azərbaycandan Türkiyənin İstanbul şəhərinə köçdüyü haqda məlumat yayıb.

AZİNFORM.AZ xəbər verir ki, məsələ ilə əlaqədar sənətkarın qardaşı qızı Əməkdar artist Mehriban Xanlarova ilə Bizim.Media-nın əməkdaşı ilə əlaqə yaradıb.

Aktrisa yayılan xəbərlərin yalan olduğunu bildirib:

"Bu yalan xəbərlərdir. Zeynəb xanım evində-eşiyindədir. Bu xəbərləri yayanlar onu sevməyən insanlardır. Zeynəb xanım heç yerə köçməyib. O, Bakıdadır. İnşallah yenə də hər zaman olduğu kimi AzTV-də dekabrın 31-i Yeni il proqramında çıxışı olacaq".





up