54 yaşlı müğənni “sərt adam sindromu”na tutuldu
8-12-2022, 18:29

Dünya şöhrətli müğənni Selin Dion “sərt adam sindromu”na tutulduğunu açıqlayıb...

AZİNFORM.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1997-ci ildə çəkilmiş “Titanik” filminin “My Heart Will Go On” mahnısını səsləndirərək məşhurlaşan müğənni Selin Dion sağalmaz xəstəliyi səbəbindən konsertlərini yarımçıq qoyduğunu bildirib.

Dünyaca məşhur fransız müğənni Selin Dion Instagram hesabından ona “sərt adam sindromu” kimi tanınan nadir və sağalmaz bir nevroloji xəstəlik diaqnozu qoyulduğunu və “Cəsarət Dünya Turu” çərçivəsində onlarla şounu ləğv edəcəyini və ya təxirə salacağını bildirib.

54 yaşlı Dion keçən cümə axşamı Instagram hesabından pərəstişkarlarına səslənib:

“Uzun müddətdir ki, səhhətimlə bağlı problemlər yaşayıram. Bu çətinliklərlə üzləşmək və yaşadığım hər şey haqqında danışmaq mənim üçün çox çətin oldu. Bu yaxınlarda mənə sərt insan sindromu adlanan çox nadir nevroloji xəstəlik diaqnozu qoyuldu. Bu nadir görülən vəziyyət haqqında məlumatımız olsa da, yaşadığım bütün spazmların səbəbinin bu olduğunu artıq bilirik. Təəssüf ki, bu spazmlar gündəlik həyatımın hər sahəsinə təsir edir, bəzən yeriyərkən çətinlik çəkməyimə səbəb olur və səs tellərimi öyrəşdiyim şəkildə mahnı oxumaq üçün istifadə etməyimə icazə vermir”.

Qeyd edək ki, müğənni diaqnozuna görə fevralda Avropaya olan qastrol səfərini davam etdirməyə hazır ola bilməyəcəyini bildirib.





up