Rasim Balayevdən Türkan Şorayla bağlı ŞOK ETİRAF: "1 milyon dollar istədi" - VİDEO
5-12-2022, 16:22
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Xalq artisti Rasim Balayev yeni açıqlaması ilə gündəmə gəlib.

AZİNFORM.AZ xəbər verir ki, "o üz" proqramına qonaq olan aktyor türkiyəli həmkarı Türkan Şorayla bağlı bir faktı açıqlayıb. Balayev “Babək” filminin çəkilişləri zamanı "Zərnisə" obrazı üçün Türkan Şoraya müracitət edildiyini deyib:

"Mən bilmirdim “Babək” filminə çəkiləcəm. Məsələn: istədilər Türkan Şorayı bu filmə çəksinlər. Zərnisə obrazında olacaqdı. O demişdi ki, mən 1 milyon dollar (1 milyon 700 min AZN) istəyirəm. Bu məbləği verin, gəlim. Bizim dollarımız yox idi. Ona görə də o çəkilmədi".

Xatırladaq ki, rejissoru Eldar Quliyev olan "Babək" 1979-cu ildə ekranlaşdırılıb. Filmə Rusiya SFSR 650 min, Azərbaycan SSR isə 1 milyon rubl ayırıb. Ekran işi 60-a yaxın ölkə tərəfindən alınıb. /baku.ws/





up