“Xəzər”də daha bir dava - VİDEO
23-11-2022, 22:06

Xəzər TV-də yayımlanan “Bir gün sizdə, bir gün bizdə” verilişində daha bir qalmaqal yaşanıb.

AZİNFORM.AZ olay-a istinaən xəbər verir ki, aktrisa Fidan Axundovanın aparıcılıq etdiyi proqramda hadisə Nicatla Aygün adlı iki iştirakçı arasında baş verib.

Belə ki, Aygün ev sahibi olan Nicatdan onun boşqabını dəyişdirməsini istəyib. Nicat isə qarşılığında öz boşqabını onun qarşısına qoyub.

Aygün ondan yeni qab gətirməsini tələb etdikdə isə Nicat cavabında əlavə qab gətirməyəcəyini bildirib. Buna etiraz olaraq Aygün yeməklərin dadına baxmaqdan imtina edib. Əsəbiləşən Nicat “Dur, çıx mənim evimdən” deyərək onu qovub.

Narazı halda evi tərk edən Aygün daha sonra çəkiliş heyəti tərəfindən geri qaytarılıb.





up