Ruhəngiz Qasımova ilə bağlı ŞOK FAKT - Köməkçisi ilə tək yaşayırmış - VİDEO
17-10-2022, 16:10

Bir neçə gün əvvəl vəfat edən Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə bağlı bilinməyən fakt ortaya çıxıb.

AZİNFORM.AZ xəbər verir ki, sənətçinin həyat yoldaşı Vasif Süleymanov 2021-ci ilin dekabrında rəhmətə getdikdən sonra köməkçisi ilə yaşadığı iddia edilib. Qasımovanın müğənni nəvəsi Hilal Süleymanov da onu sözügedən tarixdən sonra heç vaxt görməyib.

Bu haqda Hilal "Space Maqazin"ə açıqlamasında bildirib:

"Nənəm elə öz evində qalırdı. Tez-tez görüşmürdük. Babam rəhmətə getdikdən sonra dekabr ayında görüşdük. Köməkçisi var idi. Ailə üzvlərimizdən heç kimlə qalmırdı".

Xatırladaq ki, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova oktyabrın 9-da Honq-Konqda yaşayan qızı Canana Paşa Süleymaninin evində vəfat edib. Sənətkar 82 yaşında dünyasını dəyişib.






up