Yas mərasimlərinin insan psixologiyasına mühüm təsiri açıqlanıb
19-09-2022, 00:03
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Yas saxlamaq və rituallar insanlara yaxın adamını itirmənin öhdəsindən gəlməyə kömək edə bilər.

Bu barədə Britaniyalı alimlər açıqlama veriblər.

Bristol Universitetinin dosenti və "Good Grief Festival"ın yaradıcısı Lyusi Selmanın sözlərinə görə, belə mərasimlər itki zamanı mühüm rol oynayır.

"Çünki bu, kədər hissini və qəmli düşüncələri təcəssüm etdirməyin, beləliklə, itkini həyatınıza daxil etməyin, ardınca isə sağalmağa başlamağın bir yoludur", - deyə o, bildirib.

Psixologiya professoru Meri Frensis Okonnor isə qeyd edib ki, rituallar belə bir vəziyyətdə psixoloji dəstək qazanmağa kömək edir.

"Yas mərasimləri hər şeyin çox qeyri-müəyyən göründüyü bir vaxtda əsl təsəlli ola bilər", - deyə bildirən mütəxəssis yüz illər boyu insanların bu yolla ağır itkilərə baxmayaraq həyatlarını dolğun yaşamağa davam etdirməyi bacardığını vurğulayıb.  /oxu.az/





up