Bayram Nurlu danışdı: “Yalandır, nişanım pozulmayıb”
18-08-2022, 21:48

"Deyilənlər yalandır. Haqqımda çox şayiələr yayırlar. Avqustun 23-ü Bodrumda nişanımdır. Hazırda da partiyə hazırlaşırıq".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Bayram Nurlu deyib.

Bildirək ki, dünən sosial şəbəkələrdə ekstrasens Bayram Nurlunun Bodrumda baş tutmalı olan nişanın ləğv olunduğu, ailədaxili böyük qalmaqal yaşandığı məlumatları yayılmışdı. 

Bayram Nurlunun qadın obrazında olmasının qaynatasıyla arasında yaşatdığı anlaşılmazlığından dolayı depressiyada olduğu da bildirilirdi.

Bayram Nurlu isə deyilənlərin yalan olduğunu, nişan mərasiminin keçiriləcəyini bildirib.





up