Şərqi Qazaxıstanın Ak-Baur traktında saka metallurgiyasının sirlərini açmağa çalışan qazax arxeoloqları erkən tunc dövrünə aid iri memarlıq obyektlərinə, o cümlədən qədim ərimə sobalarının qalıqlarına rast gəliblər.
AZİNFORM.AZ-ın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Xəbər 24”-də danışılıb.
Artefaktlar saka tayfalarının həyat tərzi ideyasını kökündən dəyişdirir. Alimlərin fikrincə, saklar heç bir halda təkcə köçəri olmamışlar, çünki bu ərazidə böyük daş əritmə sobaları aşkar edilmişdir ki, bu da, şübhəsiz ki, qədim metallurgiyanın yüksək səviyyəsindən xəbər verir.
Qazaxıstanlı arxeoloq Aydin Junisxanov: “Budur, kvars mineralı, burada yaşayan qədim köçərilər ondan lazımi mineralları götürüblər. Onların götürdüyü filizlər sobalarda zənginləşdirilib”-deyə izah edib.
Arxeoloqlar iddia edirlər ki, saklar metal əritməyin sirlərinə 3 min il bundan əvvəl yiyələniblər: o vaxt da onlar mürəkkəb texnologiyalı əritmə sobaları tikiblər və polimetal filiz yataqları Ak-Baur bölgəsində cəmləşib.
Maraqlıdıdr ki, qazax tədqiqatçıları daha yeni arxeoloji sensasiyalar təqdim etməyə söz verirlər.