Güldandakı çiçəkləri uzun müddət solmadan necə canlı saxlamaq olar?
4-06-2022, 02:56

Çiçəklər insanlara müsbət enerji verir. Əhvalınıza xoş təsir bəxş edən çiçəklərin ömrü isə qısa olur. Güldanda daha uzun müddət canlı qalmaları üçün nələr etməliyik? 

AZİNFORM.AZ evinizə gələn rəngarəng çiçəklərin sizi sehrinə uzun müddət salması üçün bilməli olduğunuz bəzi məqamları oxucuları ilə bölüşür.  

Sirkə

Çiçəklərinizi güldana qoymazdan əvvəl suyun içərisinə 2 xörək qaşığı sirkə və 2 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırın. Bununla da çiçəkləriniz daha uzun müddət canlı qalacaq.

Limonad

Limonad şüşələrinin dibində qalan hissəsini tökməyin, güldandakı suyunuza əlavə edin və qarışdırın. İçərisindəki şəkər çiçəklərin daha canlı qalmasını təmin edəcək.

Aspirin

Çiçəklərinizi güldanda daha uzun müddət canlı tuta bilmək üçün aspirini əzib suyun içərisinə əlavə edin və qarışdırın. Bu qədər asandır, beləcə çiçəkləriniz daha uzunömürlü olacaq.

Uzun müddət canlı qalmalarını istəyirsinizsə, güldandakı suyu hər gün dəyişdirin və soyuq olmasına diqqət edin. Vazı ağızına qədər suyla doldurmayın, kiçik buketlərə 2  stəkan su yetərlidir.  Suyun çox olması yarpaqların yumşalmasına səbəb olar və soldurar.

Güldanı birbaşa  günəş işığında,  ya da küləkdən uzaq tutun.  Çiçəklərin budaqlarını iki gündən bir iki santimetr kəsib çarpaz kəsiklər atın, suyu daha da içinə çəkəcəkdir.





up