Dünyanın ən böyük sualtı bitkisi Avstraliyada tapılıb: 4500 yaşı varmış
2-06-2022, 02:54

Alimlər genetik testlərdən istifadə edərək Qərbi Avstraliyadakı böyük bir sualtı çəmənliyin əslində tək bir bitki olduğunu müəyyən etdilər.  Avstraliyanın qərbindəki Şark körfəzi sahillərində 200 kvadrat kilometrdən çox əraziyə yayılan bir dəniz otunun dünyanın ən böyük bitkisi ola biləcəyi müəyyən edilib.

AZİNFORM.AZ xəbər verir ki. Qərbi Avstraliya Universitetinin tədqiqatçıları, ən azı 4500 il ərzində tək bir toxumdan yayıldığı güman edilən yosunların 200 kvadrat kilometr, yəni  20 min futbol meydançası böyüklüyündə bir ərazini əhatə etdiyini açıqlayıblar.






up