Meşədə gördüyü ayını ağzı ilə yedizdirdi
15-11-2023, 01:23

Bitlisin Tatvan rayonunda Nemrut Krateri Gölünü ziyarət edən vətəndaş maşınına yaxınlaşan qonur ayını ağzı ilə yedizdirib. 
AZİNFORM.AZ xəbər verir ki, həmin anlar tamaşaçıların ürəyini isitdi.
Bitlisdə 2250 metr yüksəklikdə yerləşən Nemrut Krater Gölü zəngin florası ilə bir çox canlıya ev sahibliyi edir. Krater gölünün ətrafında yaşadığı bilinən qrizli ayılar bölgəyə gələn vətəndaşların və təbiətsevərlərin diqqət mərkəzindədir.

ayii.jpg

Ahlatdan gələrək Nemrut krater gölündə yaşayan ayıları ziyarət edən Asım Araboğa adlı vətəndaş maşınının pəncərəsini açıb və maşınına yaxınlaşan qonur ayını ağzına qoyduğu konfetlə qidalandırıb. Araboğa ağzına götürdüyü konfeti qonur ayıya yedizdirməsi maraqlı görüntülər yaradıb. Həmin anlar tamaşaçıları güldürdü.
AZİNFORM.AZ




up