Bir an olsun gözünüzü GÖYDƏN çəkməyin - Elm adamları tarix verərək AÇIQLADILAR
24-10-2023, 22:46

Ani partlama ilə buynuzları böyüyən vulkanik kometanın növbəti partlayış yaşadığı müəyyən edilib. 

AZİNFORM.AZ xəbər verir ki, astronomların verdiyi açıqlamada buynuzlu kometanın yerə doğru hərəkət etdiyi bildirilib.

Qəfil partlayış nəticəsində buynuzları böyüyən vulkan kometası növbəti partlayışla üzləşib. 12P/Pons-Brooks (12P) adlı komet hazırda Yerə doğru hərəkət edir.

Gündən-günə Yerə yaxınlaşan kometanın parlaqlığı artmağa başlayıb. Belə kometlərə kriovolkanik obyektlər də deyilir. Kriovolkanlar soyuq vulkanlar kimi də tanınır.

Onun soyuq vulkan quruluşu kometin kiçik bir ulduz kimi parlamasına və kosmosa super soyuq maqma kütlələrinin yağmasına səbəb olur. Hazırda bir şəhər ölçüsündə olan bu obyektin 2024-cü ildə Yerə ən yaxın mövqeyinə çatacağı gözlənilir.

AZİNFORM.AZ








up