"Pullar göydən qar kimi yağacaq..." - OKTYABR AYINDA ZƏNGİN OLACAQ 4 BÜRC
18-09-2023, 20:51

Hər bürcün fərqli xüsusiyyətləri olsa da, bəzi göy hadisələri bürclər üçün fərqli qapılar aça bilər. Bu çərçivədə oktyabr ayında gülümsəyəcək bürclər açıqlandı.

Bürclər əsrlər boyu bilinən və insanların diqqətini çəkən mövzular sırasındadır. Xüsusilə, bürclərin ümumi xüsusiyyətləri ilə yanaşı, gündəlik, həftəlik və aylıq olaraq da şərh edilir. İndi oktyabr ayına sayılı günlər qalıb, hansı bürcləri nələrin gözlədiyi bizi maraqlandırır. Bu bürclər oktyabr ayında pulu pul saymayacaqlar və hətta pulun altında əziləcəklər. 

AZİNFORM.AZ oktyabr ayında zəngin olacaq bürcləri təqdim edir:


QOÇ

Oktyabr ayında Qoç maliyyə cəhətdən rahat nəfəs alacaq. Əvvəlki aylarda etdikləri investisiyalar bu ay öz bəhrəsini verəcək. Digər tərəfdən, gələcək üçün ağıllı investisiyalar edəcəklər. Onlar təkcə maddi cəhətdən deyil, həm də təhsil baxımından inkişaf etməyə çalışacaqlar. Oktyabr ayı rəsmi olaraq onların dönüş nöqtəsi olacaq.

 BUĞA 

Oktyabr ayında iş həyatında sürprizlər Buğa bürclərini təəccübləndirəcək. Yeni ortaqlıqlar Buğa bürclərini maliyyə baxımından qane edəcək. Bu ay qarşılaşacağınız işgüzar münasibətlərə diqqət yetirməyiniz faydalı olardı. Digər tərəfdən, özünüzə inamınızı qorumaq üçün addımlar ataraq, sahibkarlıq ruhunuzu vurğulamağa diqqət etməlisiniz.

ƏKİZLƏR

Əkizlər Oktyabr ayında gözlənilməz maliyyə qazancları əldə edəcəklər. Vərəsəlik xəbərləri və ya əlavə gəlirlər rəsmi olaraq yolunuza gəlir. Ancaq bu vəziyyətdə maliyyə planlarınızı diqqətlə həyata keçirməlisiniz. Əlavə gəlir imkanları üçün istedadlarınızı və hobbinizi vurğulamaq da faydalıdır. 

TƏRƏZİ 

Oktyabrda pul qıracaq son bürc Tərəzidir. Bu ay sizin üçün mükəmməl investisiya ayıdır. Maddi qazanclarınızla yanaşı, mənəvi məmnuniyyətlər də sizi gözləyir. Oktyabr ayında yeni təhsil qapıları açıla bilər. Amma atacağınız addımlarda səbirli olmaq lazımdır.

AZİNFORM.AZ 





up