DİGƏR XƏBƏRLƏR
Yer Günəşdən ən uzaq məsafədən keçib.
AZİNFORM.AZ xəbər verir ki, bu, yay fəslinin başlanmasından təqribən 2 həftə sonra baş verib.
Saat 00:06-da afelidən keçib və həmin an Günəşə qədər məsafə 152 093 251 km olub. Afelidə Yer Günəşdən ən yaxın nöqtəsi olan perihelidə olduğundan təqribən 5 milyon km uzaqda olur. Afelidə Günəş diskinin görünən bucaq ölçüsü perihelidə olduğundan kiçikdir. Yer afelidə olduqda Günəşin bucaq diametri minimal - 31'28", perihelidə isə maksimal - 32'32" olub.
Günəş diskinin ölçüsündə olan bu fərq gözlə hiss olunmur və təxminən 3% təşkil edib.