Yatağında yatıb gözlərini torpağın altında açdı: Öldüyünü düşünüb şok keçirdi - VİDEO
20-05-2022, 23:23

Meksikanın Kuliacan şəhərində torpaq çökməsi baş verib.

Hadisə zamanı yatağında yatan 25 yaşlı gənc boşluğa düşüb. Torpağın altında gözlərini açan gənc, öldüyünü düşünərək şok keçirib. Böyük qorxu yaşayan gənci boşluqdan ailə üzvləri çıxarıb. 25 yaşlı gənc yüngül xəsarətlər alıb.

Bildirilir ki, evin bir hissəsinin çökməsinə səbəb narkotik ticarətçilərinin illər əvvəl qazdığı tunel olub. Yerli dairələr ətrafdakı evlərin zərər görməməsi üçün tuneli doldurmağa başlayıb.

AZİNFORM.AZ hər kəsin marağına səbəb olan həmin hadisə ilə bağlı məlumatı təqdim edir:









up