Türkiyənin ATV ekranlarında prof. Dr. Nihat Hatipoğlunun iftar proqramına qatılan 8 yaşlı qızın verdiyi sual ürək ağrıdıb.
AZİNFORM.AZ xəbər verir ki, Nihat Hatipoğlu verilişdə çətin anlar yaşayıb.
Nihat Hatipoğlunun iftar proqramına qatılan 8 yaşlı qız “Atam məni anamın yanına qoyub, oruc tutur. Onun orucu qəbul olarmı?” sualı hər kəsi kövrəldib.
Hatipoğlu qızın sualına belə cavab verib:
Atan yanlış yoldadır, sənin kimi gözəl qızı, anan kimi xanımı necə qoyub getsin? Atanız böyük səhv edib, Allah onu bağışlasın. İnşallah tezliklə qayıdacaq. Heç bir atanın bunu etməyə haqqı yoxdur. Onlar ataya ən çox ehtiyac duyduqları yaşdadırlar. Sizin vəziyyətinizdə olan uşaqlar var, onlardan başqa anası olmayanlar da var. Sənin yanında anan var.
AZİNFORM.AZ sözügedən görüntüləri təqdim edir: