Müalicəvi giləmeyvə haqqında faydalı MƏLUMATLAR
30-03-2023, 17:51

İydə çox faydalı və müalicəvi giləmeyvələrdəndir. İydənin meyvələri, yarpaqları, ağacının qabığı qədim zamanlardan ta bu günə kimi müxtəlif xəstəliklərin müalicəsində istifadə olunub.

AZİNFORM.AZ iydənin faydalarını təqdim edir.

İydə çox faydalı və müalicəvi giləmeyvədir. İydənin meyvələri, yarpaqları, ağacın qabığı qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunurdu. Boğaz ağrısına, ağız iltihabına müsbət təsir edən dərman hazırlanır. Təbabətdə gövdəsində olan yapışqanlı maddələrdən müəyyən məlhəmlər hazırlnır. İydənin meyvəsindən sidikqovucu, büzücü (qandayandırıcı), öskürək kəsici dərman kimi istifadə olunur.  

Belə ki, iydə ağacının yarpaqlarının və qabığının dəmləməsi ishal və babasil zamanı çox yaxşı kömək edir.

Kaliumla zəngin olan iydə ürək-damar sistemi üçün çox faydalıdır. Kalium ürəyin normal fəaliyyətini təmin edir, ürək ritminin pozulmasının qarşısını alır. Ürək xəstəlikləri zamanı və bu xəstəliklərinin profilaktikası məqsədi ilə hər gün 5 iydə yeyin. İydə güclü büzücü təsirə malikdir və bu səbəbdən meyvənin çoxlu miqdarda istehlakı qəbizliyə səbəb ola bilər.

İydə sakitləşdirici təsirə malikdir, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, əhvalı yaxşılaşdırır.

İydənin tərkibində olan maddələr orqanizmi tonuslaşdırır, orqanizmə ümumi möhkəmləndirici təsir göstərir. 

 Vətənimizdə bu qiymətli giləmeyvənin iki növü yayılıb:  Ensizyarpaq iydə və Xəzər iydəsi. 

Onu bəzək, meliorativ və daha çox  xoş dada malik olan meyvə kimi əkib-becərirlər. İydə meyvəsinin lət hissəsində 40 faizə qədər şəkər vardır ki, bunların da 20 faizini qlükoza və fruktoza təşkil edir. Həmçinin lət hissədə bol miqdarda kalium və fosfor duzları da vardır. Bundan əlavə, xoş dada malik olan meyvəsinin tərkibi  selik, zülal, boyayıcı maddələrlə də zəngindir.

AZİNFORM.AZ





up