Zəlzələdən sonra dəniz geri çəkildi: 2500 illik xarabalıq üzə çıxdı - FOTOLAR
12-02-2023, 19:16

Dəniz geri çəkildikdən sonra Balıkəsirin Burhaniye rayonunda yerləşən qədim Adramytteion Limanının 2500 illik xarabalıqları üzə çıxıb.

Ören sahilindəki tarixi Adramytteion Limanının daşları demək olar ki, tamamilə üzə çıxıb. Bəzi yerlərdə geri çəkilmə 25 metrə yaxın olub. Dənizin geri çəkilməsi ilə sahildə qum adacıqları əmələ gəlib. Ören sahilində gəzintiyə çıxanlardan Kamal İşi deyib:

"Gəzərkən dənizin çəkildiyini gördük. Bu, əslində hər il olur, amma bu dəfə daha çox çəkildiyini gördük. Bilmirəm, bəlkə də zəlzələ ilə əlaqəsi var, ancaq 2500 illik qədim limanın qalıqları ortaya çıxdı”. /cebheinfo.az/






up