Yereşən siçan kiçik məxməri gövdəsini sağa-sola yatırdaraq qumun üzərində qaçır. Qum havuzunda gizlənmiş “mükafatı” tapması, asdəcə bir neçə saniyə alır. Soğulcan, un qurdları və digər ətlərdən yaranan ləzzətli bir qarışıq…
AZİNFORM.AZ xarici mətbuata istinadən xəbər verir ki, Dina Dechmanın laboratoriyasında həll edilməsi gərəkli olan tapmaca saxlanan yeməyin harada olduğunu tapmaq deyil. Yereşən siçanın başının içində çox daha çaşdırıcı bir şey olur: “Kiçiltdiyi beynini yenidən “böyütməsi” gərəkdir. Almaniyadakı Maks Plank Heyvan Davranışları İnstitutunda ekologiyaçı olan Dechman “Bu, çılğın bir heyvandır. Onlardan çox şeyi öyrənə bilərik”, deyir.
Yemək qıtlığının yaşandığı qış mövsümünə hazırlanmaq üçün bir çox heyvan ritmini yavaşladır, uyuyur, və daha isti bölgələrə köçür. Fəqət yereçən siçan onlar kimi deyil. Bu heyvanlar aləminin maraqlı üzvü soyuq aylarda həyatda qala bilmək üçün öz beynini yeyir, yaz aylarında yenidən böyütmək üçün 1/4 nisbətində kiçildir.
Orqanlarını fəsillərə görə kiçiltmə-böyütmə bacarığı, heyvanların istilik olduqda kalori tükəndirən toxumanın azalmasına imkan yaradır və “Dehnel” fenomeni olaraq adlandırılır.
Yereşən siçanın möcüzəvi bir şəkildə kiçilən beyni bioloji olaraq bir maraqdan daha artığını oyandırır. Çünki bu heyvanların beyinlərini necə “bərpa” etmələrini anlamaq doktorları neyrdegenerativ xəstəlikləri sağaltmasına yardımçı ola bilər. Bu anda bu növ siçanların beyin kimyasını təqlid etmək üçün dizayn edilmiş əlaclar üzərində çalışan sağlamlıq mütəxəssisləri var. Həmçinin texnologiya üzrə Dosent Con Dirk Nieland “Başlanğıcda tam olaraq qavraya bilmədim. Təpki vermə şəkilləri, gerçəkdən inanılmazdır”, deyir.
Polşalı zooloq Dehnel tərəfindən kəşf edilib
Üstündən 10 il keçməsinə baxmayaraq çox az elm adamı Avqust Dehnelin 1949-cu ildə etdiyi kəşfinin nəticələrini qavramış kimidir. Varşavada doğulan Dehnel karyerasının ilk illərini quş yumurtaları üzərində çalışaraq keçirib. Nasistlərin işğalından dolayı, Avropanın qunduzları və digər məməliləri üzərindəki çalışmaları fasiləyə uğradı.
Gənc zooloq savaş dönəmində Polşa ordusunda döyüşlərə qtıldı. Ardından almanlar tərəfindən əsir alındı və bir əsir düşərgəsində biologiya dərsləri verməyə başladı. Döyüşdən sonra yenidən laboratoriyaya döndükdə Polşa, Belarus sərhədindəki Bialovieza Meşəsindən toplanan şişburunlu siçanlarla bağlı maraqlı bir durum kəşf etdi. Baş sümük-skeletləri mövsümlərə görə kiçiyib-böyüyürdü.
Sürətlə yaşayır, gənc ölür
Yüksək maddələr mübadiləli məməlilər arasında olan bu heyvan həyatda qala bilmək üçün durmadan böcəkləri, hörümçəkləri və soğulcanların ardına düşür. Şotlandiyanın dağlıq bölgələrindən Sibir tundralarına qədər insan qulağının eşidə bilməyəcəyi pərdələrdə səs çıxarır və yer altında yönünü tapmaq üçün səs titrəyişlərindən istifadə edir.
Ayı və marallardan fərqli oalraq şişburun siçanlar köçə bilməyəcək qədər kiçik və hava istiliyi endiyində qış yuxusuna yata bilməyəcək qədər də hiperaktivdirlər. Ortalama ömürləri 2 ilə yaxındır. Yəni, sürətlə yaşayır və gənc ölürlər. Dechman maddələr mübadilələrinin qış yuxusu üçün yavaşlamağa uyğun olmadığını söyləyir.
Bu növ siçanlar zəhərli dişləri olan bir neçə məməlidən biridir. Ayrıca, pişikləri və digər yırtıcıları uzaqlaşdırmaq üçün pis ətir iyi qoxusu buraxırlar. Araşdırmaçılar bu növ siçanları mövsümlərə öyrəşdirmək üçün qəfəslərini açıq havada tutur.
Maddələr mübadilələri o qədər sürətlidir ki, Dechman və həmkarları onları tədqiq etmək üçün yatırtmaqda çətinlik çəkir. Dechman “Onları yatırda bilmərik”, deyir. Vurğulayır ki, şüursuz olmaları aclıqdan ölmə təhlükəsi yaradır. Zooloq söyləyir ki, bu heyvanlar beyinlərini kiçildib enerji qənaəti təmin edirlər. /gununsesi.info/