NASA “Günəşin təbəssümlü şəkli”ni PAYLAŞDI
24-11-2022, 23:04

Amerika Birləşmiş Ştatlarının Kosmik və Aviasiya Agentliyi NASA-ya bağlı Günəş Dinamikası Rəsədxanası “Günəşin təbəssümlü şəkli”ni yayıb.

AZİNFORM.AZ əldə etdiyi məlumata istinadən xəbər verir ki, bundan əvvəl “Günəşin gülümsəyən fotosu”nu paylaşan “Solar Dynamics” rəsədxanası bu dəfə “Günəşin təbəssümlü şəkli”ni paylaşıb.

Rəsədxananın “twitter” hesabında yer alan paylaşmada yazılır: "Keçən aykı təbəssümdən sonra Günəşin əhvali-ruhiyyəsi. Bir az qəmgin görünür".







up