Bu kənd SATILIR: İnanılmaz qiymətə -FOTO
12-11-2022, 09:41

İspaniya-Portuqaliya sərhədində yerləşən tərk edilmiş və 44 evdən ibarət Salto de Kastro kəndi satılır.

AZİNFORM.AZ-ın məlumatına görə,Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kənd 260 min avroya satışa çıxarılıb. 

Bu kənddə 44 ev, mehmanxana, məktəb, bələdiyyə hovuzu, hərbi kazarma olmasına baxmayaraq, yaşayan yoxdur. Salto de Kastro 30 ildən çoxdur tərk edilib.

Sahibkar kəndi 2000-ci illərin əvvəllərində bu ərazini turist məkanına çevirmək məqsədi ilə alıb. Lakin avrozonadakı iqtisadi böhran onun bu arzusunu həyata keçirməsinə mane olub.

Kəndin sahibini təmsil edən investisiya firmasından Ronnie Rodriges deyib: 

“Ev sahibi burada otel tikmək niyyətində idi, lakin baş tutmadı. Bununla belə, o, hələ də layihənin reallaşmasını istəyir”.

İnvestisiya müşaviri Rodriges bildirib ki, 300-dən çox insan potensial alıcı kimi onlarla əlaqə saxlayıb.

 Potensial alıcılar arasında Rusiya, Belçika, Fransa və Böyük Britaniyadan olanlar var. Rodriges bir nəfərin hətta depozit qoyduğunu açıqlayıb. Bu bölgə və ətrafı İspaniyada boş ərazilər kimi tanınır.






up