Britaniya mətbuatı Kembric hersoginyası Keyt Middltonun Kensinqton sarayında işləmək üçün xüsusi köməkçi axtardığını yazıb.
AZİNFORM.AZ "Mirror" qəzetinə istinadla xəbər verir ki, Kembric hersoginyasının bütün işlərində aktiv rol alacaq köməkçiyə illik 27 min 500 funt sterlinq (təxminən 57 min AZN-dən çox) maaş veriləcək.
200-dən çox namizəd LinkedIn peşəkar iş axtarışı saytında iş elanı üçün müraciət edib.
İş təsvirində göstərilən keyfiyyətlərə əsasən, Middletonun şəxsi köməkçisindən həftədə 37,5 saat işləmək, hersoginyanın görüşlərini təşkil etmək və tədbir təqvimini planlaşdırmaq tələb olunur.
Namizədlərdən kral protokoluna riayət etmələri, qabaqcıl təşkilatçılıq bacarıqlarına malik olmaları və təzyiq altında sakit qalmaları tələb olunur. /ölkə.az/