Ərini başqa qadınlara icarəyə verdi, dünyada məşhurlaşdı
5-11-2022, 14:04

İngiltərədə yaşayan 3 uşaq anası 38 yaşlı Laura Yanq maraqlı biznes keçib.

Azinform.Az xarici mətbuata istinadən xəbər verir ki, o ərini başqa qadınlara icarəyə verməyə başlayıb.

O, həyat yoldaşının həftədə 6 günə qədər işlədiyini və hər saatına görə 40 funt sterlinq gəlir əldə etdiyini qeyd edib.

Çox güclü əl bacarığı olan ərini işə götürmək üçün tez bir zamanda sosial media hesabları yaradan Laura hazırda həyat yoldaşının həftənin altı günü səhər saat 9-dan axşam 20-dək çalışdığını bildirib.




up