Aktyor: '"Qardaşımın ruhu məni bağışlasın' - VİDEO
2-08-2022, 22:15

Aktyor Allahverdi Yolçuyevin qardaşının dəfn mərasiminə getməməsinin səbəbi məlum olub.

AZİNFORM.AZ xəbər verir ki, aktyor ARB-də yayımlanan "Onun sirri" verilişində hansı səbəbdən qardaşının dəfn mərasimində iştirak etmədiyini açıqlayıb:

"Qardaşımın ruhu məni bağışlasın. O vaxt anam dünyasını dəyişəndə mən stress keçirdim, depresiyaya düşdüm. Anamın vəfatından 1 il ötəndən sonra isə böyük qardaşım Rüstəm dünyasını dəyişdi. Necə olsa da mən getməli idim. Amma ayağım getmirdi. Bədənim beləcə əsirdi (əsən əllərini göstərir). Nitqim tutulmuşdu, su içə bilmirdim, yemək yeyə bilmirdim, uzana bilmirdim. O yan- bu yana gəzirdim ancaq. Qardaşımda şəkər var idi. Həmçinin ayaqları kəsilmişdi. Çox əziyyət çəkirdi. Necə deyərlər dərd-qəm gələndə axınla gəlir. Nə anamın, nə də qardaşımın məzarını ziyarət edə bilmirəm. Çünki mənə elə gəlir ki, mən onları ziyarət etməyə getsəm mənə nəsə olacaq. Yıxılacam. Sözün düzü ondan da qorxmuram. Hər bir insanın öz vaxtı, məqamı var. Deyirəm , nə yaxşı ki, vəfatına qədərki dövründə imkanım çatdığı qədər demək olar ki, hər həftə onu ziyarət etməyə getmişəm. Onunla söhbət etmişəm. Məni bağışlayın. Həyəcanlı hadisələri çox danışa bilmirəm, əlimin əsməsi sürətlənir. Bu qədər".





up