Məşhur blogerin başına iş gəldi - FOTO
7-06-2023, 11:52

Rusiyada  məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənovun başına iş gəlib.

AZİNFORM.AZ xəbər verir ki, 29 yaşını Maldiv adalarında qeyd edən Hüseyn təyyarə ilə Dubaya geri qayıdarkən tualetin qapısı bağlandığına görə orada 15 dəqiqədən çox qalmalı olub.

Bu haqda bloger sosial şəbəkə hesabında bildirib:

“Təyyarənin tualetində qaldım. Qapı açılmırdı. Bu təyyarənin tualeti isə dolaba bənzəyir. Kiçikdir. Mən də qapalı məkanda qala bilmirəm. Bu 15 dəqiqə həyatımda ən dəhşətli anlar idi. Vəsvəsəyə düşdüm. Bundan sonra təyyarələrin tualetinə girməyəcəyəm".






up