Məşhur aktrisadan ŞOK AÇIQLAMA – Hollivud qadınlara amansızdır
26-05-2023, 11:06
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Hollivud ulduzu Eva Lonqoria 76-cı Kann Kinofestivalına rejissor kimi qatılıb.

AZİNFORM.AZ-ın xarici mediaya istinadən xəbərinə görə, festivala “Flamin Hot” filmini təqdim edən məşhur ulduz Hollivudda qadın və kişilərə eyni münasibət göstərilmədiyini, cinsi ayrıseçkiliyə yol verildiyini bildirib.

48 yaşlı Latın amerikalı Eva bildirib ki, Hollivudda qadın rejissorlara qarşı amansız davranış var. “Ən kiçik uğursuzluğu belə sənə bağışlamır, məhv etməyə çalışırlar. Filmimin büdcəsi az sayılmaz. Düzdür, 100 milyon deyildi, amma 2 milyon da deyildi. Bir Latın amerikalı qadının ən son rejissorluq etdiyi film 20 il öncə olub. İmkan vermək istəmirlər. Mən iki qat daha ucuz, iki qat daha sürətli, iki qat daha məsuliyyətlə çalışmalıyam ki, özümü sübut edə bilim”,- deyə aktrisa şikayətlənib. /lent.az/






© 2021 «Azinform.AZ». Bütün hüquqlar qorunur
Azərbaycanda və dünyada baş verən ən son hadisələr, günün siyasi, iqtisadi, sosial, hərbi xəbərlərini, idman və mədəniyyət yeniliklərini Azinform.AZ-dan oxuyun.
   
   
   
   
   
Email:azinform2021@gmail.com
Mob: +99450 321 51 68

up