Məlahət Abbasova ilə bağlı vikipediada yanlış məlumat yerləşdirilib
24-05-2023, 21:51

Aktrisa Məlahət Abbasova ilə bağlı vikipediada yanlış məlumat yerləşdirilib.

AZİNFORM.AZ xəbər verir ki, sənətçi bu haqda açıqlama verib. O bildirib ki, sözügedən saytda onun doğum ili və günü yanlış yazılıb:

"Hər il mayın 18-də insanlar məni təbrik edirlər. Vikipediada bu, yanlışdır. Ad günüm 1966-cı il 8 iyuldadır. Bunu necə düzəldəcəyimi bilmirəm. Təbrik yazanlara təşəkkür edirəm".

Aktrisanın doğum ili isə 1969-ci il qeyd edilib.

M.Abbasovanın müraciətindən sonra sözügedən saytda tarix dəyişdirilib.  /axşam.az/





up