“Damla duet istədi, 50 min dedim” - FOTO
13-05-2023, 23:47

Tanınmış reper Paster (Pərviz Quluzadə) "Çirkin" albomu ilə rəqəmsal medianın gündəmindədir.

AZİNFORM.AZ olay-a istinadən xəbər verir ki, sənətçi bu dəfə "Easy Job" mahnısındakı sözləri ilə diqqət çəkib. Reper iddia edib ki, Damla onunla duet oxumaq fikrində olub.

""Feat" istədi Damla, dedim, 50 mindir, nəğddir", - deyə, Paster yeni trekində bildirib. 

O, mahnıda hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ilə duetinə eyham vuraraq "Hip-hop fırladıram, mənimlə "feat"də Rəşad Dağlı" sözlərini işlədib.






up