"Heç xınanın yeridir, get, onlardan soruş" - Şəbnəm ƏSƏBLƏŞDİ
1-04-2023, 16:43
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

"Nə üçün insanlar hədsiz gözəl olmaq istəyir? Eybəcər adam var? Mən üzümdə heç nə etdirməmişəm? Elə şeylərin sonradan ziyanı olur".

AZİNFORM.AZ  xəbər verir ki, bu sözləri Əməkdar artist Şəbnəm Tapdıq "Elgizlə izlə" verilişində deyib. Müğənni plastik əməliyyat etdirənlərdən danışıb. O bildirib ki, qadınların plastik əməliyyat etdirməsi yersizdir.

İfaçı aparıcı Elgiz Əkbərin "Ərə getmək istəməy qızlara nə demək istəyirsiniz" sualına əsəbiləşib:

"Heç xınanın yeridir, get, onlardan soruş. Ərə getmək istəməyən özü bilər. Bir dairəyə top atmısınız, fırlanıb gəlir mənə. Verilişə gəlməzdən əvvəl prodüserə bildirdim ki, bir dənə artıq-əskik sual verməyin. Elə xanımlar var ki, alanı çoxdur getmək istəmir. Həmin xasiyyətdən biri də mənəm. Üniversitet vaxtları nələr oldu, dedim, yox. Mən bir qadın kimi özüm öz ayaqlarımın üstündə dayanıram".







© 2021 «Azinform.AZ». Bütün hüquqlar qorunur
Azərbaycanda və dünyada baş verən ən son hadisələr, günün siyasi, iqtisadi, sosial, hərbi xəbərlərini, idman və mədəniyyət yeniliklərini Azinform.AZ-dan oxuyun.
   
   
   
   
   
Email:azinform2021@gmail.com
Mob: +99450 321 51 68

up