"Təranənin mənə çəkdirdiyini danışsam, ağlayarsınız" - Keçmiş həyat yoldaşından prodüserlə bağlı AÇIQLAMA
12-03-2023, 22:22

 Müğənni Kərim Abbasov hazırda həbsdə olan prodüser, keçmiş həyat yoldaşı Təranə Səmədovadan danışıb. 

AZİNFORM.AZ xəbər verir ki, müğənninin sözlərinə görə Təranə həbs edilməzdən əvvəl ona da zəng vurub. O, jurnalistin "1500 manat maddi yardım etmisən" sualına belə cavab verib:

"Danışmayaq, bizim aramızda baş verib. Düzdür... Keçmişdə qalan keçmişdə qalıb. Yaram, mənimdir. Özünə görə yox, balalarına xatir əl tutdum. O, həbsdən çıxana qədər də balalarına maddi və mənəvi əl tutmağa hazıram. Allah qapısını açsın. Keçmişdə olanı, keçmişdə saxlayıram. Ürəyim onun balalarına yanır, özünə yox. İnsan ağılsızlıq etdi. Təranənin mənə çəkdirdiyini danışsam, ağlayarsınız. Ona halallıq verməyim mümkün deyil".

Qeyd edək ki, Kərim və Təranə ailəli olub və qalmaqallı şəkildə ayrılıb.





up