Aygün Kazımova: "Mən bütün oyunlara hazıram və açığam" - VİDEO
7-03-2023, 22:08

Bu gün ssenari müəllifi və prodüseri Fariz Əliyevin ərsəyə gətirdiyi "Geri dönənlər" filminin növbəti nümayişi keçirilib.

AZİNFORM.AZ bizim.media-ya istinadən bildirir ki, sözügüdən ekran əsərini xalq artisti Aygün Kazımova pərəştişkarları ilə birgə izləyib.

Film bitdikdən sonra pop diva media əhli ilə görüşərək, ekran işi ilə bağlı fikirlərini bölüşüb:

"Film haqqında eşitmişdim, dedim bayram qabağı gəlib izləyim. Film mənim üçün sürpriz oldu. Dilarə Əliyeva hər zaman əyləncəli, məzəli, "vurub-dağıdan"dır. Amma filmin ilk kadrlarında Dilarəni gördüm türklər demişkən "şaşırdım". Dedim, Dilarə "Bu, nə məsələdir?"...

Təbrik edirəm size, əzizlərim (Əməkdar artist Dilarə Əliyeva ilə Elcan Rəsulovu öpür). Elcan, az qala biabır olacaqdın... (sözügedən filmdə aktyor Elcan Rəsulov "homoseksual" obrazını canlandırır). Belə filmlərimiz çox olsun".

"Sizə filmdə olduğu kimi oyunda iştirak etmək təklifi qəlsə, razılaşarsınız?" sualına A.Kazımova belə cavab verib:

"Mən bütün oyunlara hazıram və açığam. Gəlsə, təklif oynayaram (gülür). Amma "Geri dönənlər"də düşündürən səhnə bu gün yaşanan və baş verən probleə' toxunulmuşdu. Narkomanın səhnəsi mənə çox toxundu. Ən çox kədərləndirən səhnə isə etiraf edim ki, Elcanın səhnəsi və obrazı oldu. Elcan, bunu səndən gözləmirdik".





up