Röyal: “Sənə qovuşacağım günü necə gözləyirəm” - FOTO
1-03-2023, 23:17

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı paylaşım edib.

AZİNFORM.AZ olay-a istinadən xəbər verir ki, bu barədə o, aktrisanın instaqram səhifəsində post yerləşdirib. Xanımının fotosunu paylaşan Röyal bu sözləri yazıb:

“16 noyabr, 2016-cı il. Çəkilişdən bu şəkli çəkib, atıb ki, Röyal ilk selfimi etdim. Nur üzlü həyat yoldaşım elə sevinirdi ki… Bir təbəssüm belə o gözəl insanı xoşbəxt edirdi. Ən xırda şeylərdən xoşbəxt olmağı bacarırdı.

İnsan özü-özü ilə nə qədər danışar? Tək danışmaqdan bezmişəm! Əslində sən yaşadın, ölən mən oldum, gözəl üzlü, gözəl yarım! Allahım şahiddir ki, sənə qovuşacağım günü necə gözləyirəm. O günə qədər mənə yadigar qalan parçanla davam edəcəyəm”.







up