Şok olay: "Məçhur müğənni qadının telefonunu əlindən alaraq yerə çırpdı"
29-01-2023, 11:15

Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur reper Kanye Uestin evləndiyi iddia olunub.

AZİNFORM.AZ xəbər verir ki, reper Los-Ancelesdə qızı Nortun basketbol oyununu izləməyə gedərkən bu dəfə də başını bəlaya salmağı bacarıb. O, yeni həyat yoldaşı olduğu iddia olunan Byanka Senzori ilə avtomobildə olarkən pərəstişkarlarından biri onları görüntüləyib. Bunun fərqinə varan Kanye maşınından düşərək video çəkən xanıma yaxınlaşıb və çəkilişi dayandırmasını tələb edib. Cavabında məşhur olduğu üçün onu çəkə biləcəyini deyən şəxsə əsəbiləşən müğənni qadının telefonunu əlindən alaraq yerə çırpıb.

Hadisə avtomobildə olan digər şəxs tərəfindən lentə alınıb və xanım polisə müraciət edib. Hazırda reperə qarşı cinayət işi açılıb.

Qeyd edək ki, bir müddət əvvəl Kanyenin evləndiyi deyilsə də Byanka ilə qanuni nikaha daxil olmadığı ortaya çıxıb. /axşam.az/ 





up