Əməkdar artist: "Qorxumdan gözünə görünə bilmirdim" - VİDEO
4-01-2023, 16:03

"Namiq Qaraçuxurlu bir gün dəvət etdi ki, bəlkə meyxana ilə birlikdə bir iş görək. Dedim ki, Allah Arif müəllim görsə, biabırçılıq... Bilmirəm nə cavab verəcəm. Elə də oldu. Oxudum, çox yaxşı qəbul olundu. Amma qorxumdan gözünə görünə bilmirdim".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri əməkdar artist Könül Kərimova ATV şouda deyib.

Xalq artisti, görkəmli xanəndə Arif Babayevin evində qonaq olan ulduz müəlliminin bayramını təbrik edib. Həm də Namiq Qaraçuxurlu ilə populyar olan duetinin danışıb.

"Bir gün gördüm ki, efirdə Arif Babayevdən müsahibə alırlar. Soruşurlar ki, tələbələriniz haqqında nə deyə bilərsiniz? Nə deyəcəm, heç nə tələbələrim də keçib meyxanaya", - Könül Kərimova bildirib.





up