Bir günlük maliyyə naziri olsam, bütün pulu... - Aygün Kazımova - VİDEO
4-01-2023, 15:55

"Nə edirsən bu qədər pulu? Onun altından çıxmaq, arxasında durmaq var. Məni bir günlük maliyyə naziri qoysalar, bir dəqiqəyə ölkəni çökdürərəm. Xəbəriniz olsun, bu qabiliyyət məndə var. Kim bacarar? Heç kim".

AZİNFORM.AZ xəbər ki, bu sözləri “Zaurla Günaydın” verilişində Xalq artisti Aygün Kazımova deyib.

Müğənni Zaur Baxşəliyevin "Nəyə pul xərcləməyə xəsislikedirsiniz" sualına isə belə cavab verib:

"Bir günə bütün pulu xərcləyərəm. Bakı Crystal Hallda min konsert edərəm. Kosmonavtlar gələr. Yalnız ziyanlı şeylərə xəsisəm. Məsələn, gedirəm pencək almağa, ondan başqa hər şey alıram. Deyirlər, bəs pencək almağa gəlmişdik. Deyirəm, siz bilmirsiz, bu, mütləq nə vaxtsa bizə lazım olacaq". /publika.az/





up