Ələkbər Yasamallı ÜZƏ ÇIXDI: "Haqqımda yayılan məlumatlar..." - FOTO
4-01-2023, 11:48

"Haqqımda yalan məlumatlar paylaşılır. Bunu reytinq üçün edirlər. Azərbaycandayam, heç bir problem yoxdur. Şükürlər olsun, hər şey yaxşıdır. 

AZİNFORM.AZ xəbər verir ki,  bu postu paylaşmaqda məqsədim odur ki, doğmalarım, yaxınlarım, məni sevənlər, dəyər verənlər bilsinlər ki, hər şey yaxşıdır, qaydasındadır. Narahatçılığa səbəb yoxdur".

Bu sözləri meyxanaçı Ələkbər Yasamallı sosial media hesabında yazıb. Ələkbər Almaniyaya köçmə və səhhətində problem olma məsələsinə aydınlıq gətirib:

"Sadəcə, şayiədir. İnsan gərək addım atanda düşünsün. Yaxınlarım narahat olur, nigaran qalırlar. Reytinqə görə belə şeylər etmək olmaz. Tələb edirəm ki, haqqımda yazılan yanlış informasiyaları silsinlər. Bakıdayam, Allah hər kəsə xoş günlər nəsib etsin".


 





up