“Toppuş bacı”nın səhhəti ilə bağlı yeni xəbər
24-11-2022, 18:40

Beynində şiş aşkarlanan Əməkdar artist Tünzalə Əliyeva xəstəxanadan evə buraxılıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə sənətçi olay-a özü açıqlama verib. O, deyib ki, hazırda evdədir və müalicəsi üçün xəstəxanaya gedib-gəlir:

“Dünən yox, ondan əvvəlki gün 3-cü şüa terapiyası qəbul etdim. Bir az yüksək doza verirlər, onun üçün gözləyəcəyik. “Ağılı dərman”lar 21 gündən bir vurulur. Birini vurublar, digəri də dekabrın 7-də vurulacaq.

İndi yenə həmin “Ağılı dərman”lardan sifariş vermişəm. Hazırda dərmanlar qəbul edirəm, iynələr vururlar. Sonra yenə kimya-terapiyalara başlayacam”.





up