Serenayın Burakla intim səhnələri yayıldı - VİDEO
24-11-2022, 18:29
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Serenay Sarıkayanın baş rolda oynadığı "Şahmaran" serialından tərəf müqabili Burak Dənizlə intim səhnələri yayılıb.

AZİNFORM.AZ xəbər verir ki, Umur Turagayın rejissorluğu və Pınar Buludun ssenarisi ilə lentə alınan serial yaxın günlərdə "Netflix" platformasında yayımlanacaq. Serialın sosial şəbəkələrdə və yutubda yayımlanan treyleri böyük diqqət çəkib. Buna səbəb isə aktrisanın çılpaq görüntüləri olub.

Məlumat üçün bildirək ki, ekran işi "Şahmaran əfsanəsi" əsasında mistik janrda çəkilib. Serialın Şahsu adlı baş qəhrəmanı illər əvvəl anasını tərk edən atatsı ilə qarşılaşmaq üçün Adanaya üz tutur. Burada o, Şahmaran soyundan gəldiyini öyrənir və Mar adlı gizli bir cəmiyyətin içinə düşür.

Babasından hesab sormaq üçün yola çıxan Şahsunun yolu ilə Maranın yolları kəsişdikdən sonra həyatı tamamilə dəyişir. Əsas hadisələr də elə bundan sonra başlayır. /publika.az/

AZİNFORM.AZ





up