Azərbaycan $23 milyon dəyərində smartfon - İDXAL EDİB
23-08-2022, 18:21

Azərbaycan 2022-ci ilin yanvar-iyun aylarında $92 milyon 648,86 min (azalma 26%) dəyərində 467,758 min ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatı idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 42,6% azdır.

AZİNFORM.AZ xəbər verir ki, idxal edilmiş telefon aparatlarının əsas hissəsi - $53 milyon 434,7 min dəyərində 270,369 min ədədi Çindən, $27 milyon 112,62 min dəyərində 144,899 min ədədi Vyetnamdan, $11 milyon 471,69 min dəyərində 51,915 min ədədi Hindistandan gətirilib.

2022-ci ilin 6 ayı ərzində Azərbaycana $23 milyon 312,67 min dəyərində 111,401 min ədəd smartfon idxal olunub.

İdxal Çin ($13 milyon 7,83 min dəyərində 66,506 min ədəd), Vyetnam ($8 milyon 368,98 min dəyərində 36,576 min ədəd) və Hindistandan ($1 milyon 930,73 min dəyərində 8,315 min ədəd) həyata keçirilib. 





up