Bu gündən Bakıda bu pulsuz xidmət dayandırılır - RƏSMİ
29-06-2022, 11:00

Bakıda bir çox yerdə quraşdırılan "pulsuz Wi-Fi" xidməti dayandırılacaq.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə İTV-yə açıqlamasında "Bakı Telefon Rabitəsi" MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva bildirib.

Onun sözlərinə görə, 29 iyundan etibarən bu ərazilərdə "İctimai Wi-Fi" xidməti fəaliyyət göstərməyəcək:

“Qış parkı"
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi
“Sabir bağı”
“Xaqani” bağı
“Axundov bağı”
“Zabitlər” parkı
“Hüseyn Cavid” parkı
“İzmir” parkı
“Sahil bağı”
“Səməd Vurğun” bağı
“Muğan” bağı
“Fashion Avenue” parkı
“Dədə Qorqud” parkı
Beynəlxalq Avtovağzalın perronu.

Eyni zamanda üç ərazidə "pulsuz Wi-Fi" xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Bunlar Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Məkrəzinin parkıdır.





up