İqtisadiyyat Nazirliyi ADY-ni günahlandırdı - Özəl şirkətlərə qarşı haqsız rəqabət var
24-06-2022, 16:52

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tariflərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri aşkar edib.

AZİNFORM.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, işə baxılarkən müəyyən edilib ki, özəl şirkətlərin fəaliyyətinə maneələr yaratmaqla, dəmir yolu nəqliyyatı ilə yükdaşıma xidmətlərinə sifarişlərin qəbulu, yükdaşımaların həyata keçirilməsi, vaqonların icarəyə götürülməsi, müəyyən edilməsi sahələrində ayrı-seçkiliyə yol verməklə tarif və güzəştlər, QSC rəqabət prinsiplərini pozub.

Qəbul edilmiş qərara əsasən, səhmdar cəmiyyətə cəmiyyətin mülkiyyətində olan törəmə müəssisələrinin ekspeditor fəaliyyətini dayandırmaq və yükdaşıma sahəsində sifarişləri yerinə yetirmək, vaqonları tender və şəffaflıq əsasında real qiymətlərlə icarəyə vermək tapşırılıb. Qısamüddətli dövr üçün sahibkarlıq subyektləri arasında sağlam rəqabət prinsiplərini qorumaq şərtilə vahid, şəffaf, əlçatan və proqnozlaşdırıla bilən formada daşınan malların növləri üzrə güzəşt və tarifləri müəyyən etmək, subyektlərə deyil,  daşınan mallara və güzəştlərin tətbiq olunduğu malların siyahısının təsdiq edilməsi və həyata keçirilməsi üçün konkret müddət müəyyən edilib.





up