"Artıq inflyasiya 12 faizdən yüksəkdir. Azərbaycanda idxal inflyasiyası hərtərəfli nəzərə alınıb".
AZİNFORM.AZ xəbər verir ki, bunu Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, idxal inflyasiyası nəzərə alınsa da, ölkəmizdə məmur monopoliyasından yaranan inflyasiyanı hökumət üzvləri nəzərə almır.
"Monopoliyadan yaranan inflyasiya Azərbaycan xalqına böyük ziyan vurur. Məmur monopoliyası ilə qiymətin artırılmasının hər faizinə görə ildə Azərbaycanda əhalinin ailə büdcəsinə 400 milyon manat ziyan dəyir. Bu artım bir neçə faiz olanda isə həmin ziyan milyardlarla manat səviyyəsinə qalxır. Ölkəmizdə anti-inflyasiya tədbirləri görülsə də, inflyasiyanın səviyyəsi artır".
AZİNFORM.AZ
Facebook
Вконтакте
Одноклассники
Google+