Ərzaq qiymətlərinin artması ilə bağlı əlavə xərclərin maliyyələşdirilməsinə vəsait ayrılacaq - Samir Şərifov
20-06-2022, 12:00

Bu ilin dövlət büdcəsində ərzaq məhsullarının qiymətlərinin artması ilə əlaqədar əlavə xərclərin maliyyələşdirilməsinə vəsait ayrılacaq.

AZİNFORM.AZ-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, ərzaq məhsullarının qiymətlərində artımla əlaqədar əlavə xərclərin (193,0 milyon manat) maliyyələşdirilməsinə 2072,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
 





up