Azərbaycanda avtomobillərin qiyməti ilin əvvəlindən başlayaraq 2-5 faiz artıb...
AZİNFORM.AZ xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
O bildirib ki, bahalaşma əsasən, ölkəyə idxal olunan avtomobillərdə müşahidə olunur.
Ekspert bunu logistika xərclərinin və bəzi ehtiyat hissələrinin qiymətlərinin artması ilə əlaqələndirir.
Eldəniz Cəfərovun sözlərinə görə, yeni avtomobil bazarında aktivlik təkrar bazardan daha çoxdur. O həmçinin deyir ki, yay mövsümündəbahalaşmanın davam etməsi gözlənilmir. Avtomobil satışı ilə məşğul olanlar da qiymət artımının olduğunu bildirirlər. Satıcılar həmçinin deyirlər ki, son vaxtlar avtomobil bazarında durğunluq yaşanır.