2022-ci ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədən 118 daşınmaz əmlak alıb.
AZİNFORM.AZ xəbər verir ki, bu, aprel ayı ilə müqayisədə 24,4% az, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Azərbaycan vətəndaşları may ayında Türkiyədən daşınmaz əmlak alan xarici vətəndaşlar siyahısında 13-cü yerdə qərarlaşıb.
İlk üçlükdə isə 1 275 əmlak ilə Rusiya vətəndaşları, 736 əmlak ilə İran, 617 əmlak ilə İraq qərarlaşıb.