"Mən düz bir il burada işçilərimlə birgə otirib Ələt iqtisadi zona haqqında qanun layihəsi üzərində işlədik və kimsə maraqlanmadı ki, niyə burada oturmusan. Nə hazırlayırsan... İndi isə... Allah sizə səbir, dözüm versin".
Bunu Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərov parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qanun cənab Prezidentin imzası ilə parlamentə daxil olub və burada bütün hüquqlar nəzərə alınıb.
"Kiməsə nəsə aydın deyilsə gəlib əraziyə yerində baxa bilər. Artıq ərazidə yer yoxdur. Aralarında xeyli sayda xarici investorlar var. O zaman sual oluna bilər ki, sahibkarlar başqa ölkələrdəki İqtisadi Azad bölgələrə deyil, Azərbaycana investisiya qoyurlar?!", - o qeyd edib. /ölkə.az/
AZİNFORM.AZ